Azərbaycanda qar voleybolu həyəcanı
İdman
24.01.2025 18:00
Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək.
TodayPress Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Şahdağ Turizm Mərkəzində baş tutacaq çempionatda 8 komanda iştirak edəcək.
Həm qadın voleybolçuların, həm də kişilərin turnirində “Azərreyl”, “Murov Az Terminal”, “Gəncə” və U-21 komandaları qələbə uğrunda mübarizə aparacaqlar.
Yanvarın 25-26-da keçiriləcək yarış dairəvi sistem üzrə start götürəcək. Toplanacaq yekun xallara görə ilk iki pillənin sahibləri çempionluq, 3-cü və 4-cü yeri tutacaq komandalar isə üçüncülük uğrunda oynamaq imkanı qazanacaqlar. Final və üçüncü yer uğrunda qarşılaşmalar yanvarın 26-da baş tutacaq.
Namiq HUN
tag: Voleybol,Ölkə,Çempion,Yarış,Todaypress.az,