Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazandılar
Azərbaycanın yunan-Roma güləşçiləri
Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında 1 gümüş və 2
bürünc medal qazanıblar.
TodayPress xəbər verir ki, Ziya Babaşov (63 kq)
finalda moldovalı Vitali Yeriomenkoyla qarşılaşıb və 1:3 hesabıyla məğlub olub.
Beləliklə, Babaşov qitə birinciliyini gümüş medalla başa
vurub.
Elmir Əliyev (55 kq) bürünc medal uğrunda görüşdə
çexiyalı Filip Bartoşikə heç bir şans tanımayıb (8:0) və fəxri kürsünün üçüncü
pilləsinə yüksəlib.
Xasay Həsənli (77 kq) gündüz seansında təsəlliverici
görüşə çıxıb. Güləşçimiz bolqarıstanlı Albert Doyevi 7:3 hesabıyla üstələyib.
Həsənli axşam seansında isə Mixal Zelenkaya tam üstünlüklə (9:1) qalib gələrək
bürünc medala sahib çıxıb.
tag: Güləş, Qızıl, Gümüş, Medal, Roma, Yunanıstan, todaypress.az,