Azərbaycan yığması İsveçə məğlub oldu
UEFA Millətlər Liqasında İsveç yığması ilə
qarşılaşan Azərbaycan millisi rəqibinə 1:3 hesabı ilə məğlub olub.
TodayPress xəbər verir ki, Liqanın I qrupunun Tofiq
Bəhramov adına Respublika stadionunda baş tutan görüşünün 65-ci dəqiqəsində
hesabı açan Aleksandr İsak 71-ci dəqiqədə ikinci qolu vurub.
Rəqibin heyətində Viktor Dyekereş 80-ci dəqiqədə
penaltidən fərqi daha da artırıb. Millimizdən isə Renat Dadaşov 82-ci dəqiqədə
rəqib qapısına yol tapıb.
Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin
heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.
tag: Futbol, İsveç, Viktor Dyekereş, Ramil Şeydayev,todaypress.az,