Azərbaycan yığmaları Şahmat Olimpiadasında növbəti görüşlərini keçirdi
İdman
19.09.2024 01:00
Macarıstanın paytaxtı
Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında VII tur başa çatıb.
TodayPress xəbər verir ki, kişi
şahmatçılardan ibarət Azərbaycan komandası Qazaxıstan üzərində 3-1 hesablı
qələbə qazanıb. Aydın Süleymanlı və Məhəmməd Muradlı bu tur rəqiblərini məğlub
ediblər. Nicat Abasovla Rauf Məmmədov heç-heçəylə kifayətlənib.
Qadın
şahmatçılardan ibarət Azərbaycan millisi eyni hesabla Qazaxıstana uduzub 1-3.
Günay Məmmədzadə və Gövhər Beydullayeva heç-heçə oynayıb. Ülviyyə Fətəliyeva və
Gülnar Məmmədova məğlubiyyətlə barışmalı olub.
Qeyd edək ki,
Şahmat Olimpiadasına sentyabrın 22-də yekun vurulacaq.
tag: Şahmat, idman,Macarıstan, Qazaxıstan, todaypress.az,