Azərbaycan voleybolçularının klubu ilk finalda məğlub oldu

İdman

26.03.2025 13:12

1223

Azərbaycan voleybolçuları Yelizaveta Ruban və Olena Xarçenkonun çıxış etdikləri "Alba" klubu Avropa turnirində ilk final matçını keçirib.

TodayPress xəbər verir ki, Rumıniya klubu CEV kubokunun həlledici görüşlərində İtaliya "Novara"sı ilə qarşılaşıb.

İtaliyada keçirilən ilk görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ruban 10 xal toplayıb.

Cavab oyunu aprelin 1-də Rumıniyada keçiriləcək.

tag: Azərbaycan,Voleybol,Klub,Məğlubiyyət,Todaypress.az,