Azərbaycan voleybolçuları Rumıniya çempionu oldular

İdman

16.04.2025 10:56

13

Azərbaycan millisinin voleybolçuları Yelizaveta Ruban və Oksana Xarçenko Rumıniya çempionu titulunu qazanıblar.   

TodayPress xəbər verir ki, voleybolçularımız “Alba”nın heyətində yer aldıqları final seriyasında “Voluntariyə qalib gəliblər. 

Cütün qalibinin adına tərəflər arasında keçirilən dördüncü görüşdə aydınlıq gəlib. Qarşılaşma “Alba”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Yekun nəticədə də 3:1 hesabı ilə qalib gələn “Alba” Rumıniya çempionu titulunu qazanıb.   

Namiq HUN

tag: Azərbaycan,Voleybol,Rumıniya,Çempion,Todaypress.az,