Azərbaycan üzgüçüləri Tartudan 22 medalla qayıtdılar.

İdman

25.12.2024 10:41

Azərbaycan üzgüçüləri 2024-cü ili uğurlu notlarla başa vurublar.

TodayPress Üzgüçülük Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançılarımız Tartu şəhərində keçirilən Açıq Estoniya Qış çempionatında yüksək nəticələr əldə ediblər. 

15 idmançı ilə beynəlxalq turnirə qatılan millimiz ümumilikdə 22 medal qazanıb. 

Azərbaycanla yanaşı Estoniya, Latviya, Litva, Ukrayna, Finladiyadadan ümumilikdə 35 klubdan 285 idmançının qatıldığı beynəlxalq turnirdə ölkəmizin üzgüçülük üzrə milli komandasının üzvləri vətənə 7 qızıl, 13 gümüş və 2 bürünc medalla qayıdıblar. 

Çempionatın 3 qızıl medalını komandamıza Süleyman İsmayılzadə qazandırıb. Oqtay Hüseynov 2 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ramil Vəlizadə və Əbdürrəhman Rüstəmov hərəyə 1 dəfə qələbəyə  seviniblər. 

Qeyd edək ki, Süleyman İsmayılzadə 1500 metr məsafəyə sərbəst üsulla üzməkdə həm də Estoniya rekordunu yeniləyib.

Namiq HUN

tag: Üzmək ,Məsafə, Medal, Komanda, todaypress.az,