Azərbaycan uşuçusu bürünc medal qazandı
Çində uşu üzrə Dünya Kuboku keçirilib.
TodayPress Uşu Federasiyasına istinadən xəbər verir ki, Jianqyinq turniri ölkəmiz üçün uğurlu olub.
Uşuçu Elçin Eminov adını yarışın mükafatçıları sırasına yazdıra bilib.
İdmançımız çəkisi 60 kq-dək olan uşuçuların yarışında Dünya Kuboku turnirinin bürünc medalını qazanıb.
Namiq HUN
tag: Azərbaycan,Uşu,Bürünc,Medal,Todaypress.az,