Azərbaycan UEFA reytinqində mövqeyini qorudu

İdman

09.08.2024 10:57

Ölkələrin UEFA reytinqində dəyişikliklər olub.

TodayPress xəbər verir ki, buna avrokubokların III təsnifat mərhələsinin ilk oyunlarının nəticələri səbəb olub.

Avropa Liqası və Konfrans Liqasında baş tutan matçlar Azərbaycanın mövqeyinə təsir etməyib. Azərbaycan 24-cü sırada qalıb.

Hazırda xal hesabımız 18,500-ə yüksəlib. Buna “Zirə”nin “Osiyek”lə səfər matçındakı heç-heçəsi (1:1) səbəb olub. Bakı klubu ölkəmizə 0,125 xal gətirib. 

Bu heç-heçə Azərbaycanı 2 pillə geriləməkdən saxlayıb. Əgər “Zirə” xal qazanmasaydı, hazırda ölkəmizdən 0,125 xal geri olan İsveç və Bolqarıstan Azərbaycanı keçəcəkdi.

Mövsümün qazancı 1,750-yə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 0,875, “Qarabağ” 0,500, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.

Cədvələ 89,160 xalla İngiltərə başçılıq edir.

Namiq HUN

tag: Azərbaycan, UEFA, Reytinq, Qarabağ, Sabah, Sumqayıt, todaypress.az,