Azərbaycan UEFA reytinqində mövqeyini qorudu
İdman
07.08.2024 09:43
Avrokubokların III təsnifat mərhələsinin ilk oyunlarının nəticələrindən sonra UEFA reytinqində dəyişikliklər olub.
TodayPress xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında baş tutan matçlar Azərbaycanın mövqeyinə təsir etməyib.
“Qarabağ” “Lüdoqorets”ə (Bolqarıstan) 1:2 hesabı ilə uduzduğu üçün ölkəmizin əmsalı dəyişməz qalıb. Buna baxmayaraq, Azərbaycan mövqeyini qoruyub.
Azərbaycan 18,375 xalla 23-cü sıradadır. Mövsümün qazancı 1,625-ə bərabərdir.
Ölkə reytinqi üçün “Zirə” 0,750, “Qarabağ” 0,500, “Sabah” 0,250, “Sumqayıt” isə 0,125 xal əldə edib.
Qeyd edək ki, UEFA reytinqinə İngiltərə başçılıq edir 89,160 xal.
Namiq HUN
tag: Azərbaycan, Reytinq, Avropa, Çempionlar Liqası, todaypress.az,