Azərbaycan UEFA reytinqində irəlilədi
İdman
08.11.2024 09:24
Ölkələrin UEFA reytinqi açıqlanıb.
TodayPress xəbər verir ki, Azərbaycan siyahıda bir pillə irəliləyib.
“Qarabağ”ın Avropa Liqasında “Bodo Qlimt”ə (2:1) qalib gəlməsi ölkəmizə 0,500 xal qazandırıb.
Hesabında 19,625 xal olan Azərbaycan sıralamada Bolqarıstanı keçərək 27-ci pilləyə yüksəlib.
Qeyd edək ki, ölkə reytinqində cari mövsümün qazancı 2,875-ə bərabərdir. “Zirə” və “Qarabağ” 1,250, “Sabah” 0,250, “Sumqayıt” isə hesabımıza 0,125 xal əlavə edib.
UEFA reytinqinə 95,160 xalla İngiltərə başçılıq edir.
Namiq HUN
tag: UEFA, Azərbaycan, Reytinq, İngiltərə, Sabah, Qarabağ, todaypress.az,