Azərbaycan UEFA reytinqində irəlilədi

İdman

12.07.2024 11:10

Növbəti avrokubok oyunlarının nəticəsi UEFA-nın reytinqin siyahısında öz əksini tapıb. 

TodayPress xəbər verir ki, “Zirə” klubunun Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Moldova “Şerif”i üzərində qələbəsi (1:0) Azərbaycana 0,250 xal qazandırıb. 

Paytaxt təmsilçisinin uğurlu startı Azərbaycanın UEFA reytinq siyahısında 25-ci yerə (17 000 xal) yüksəlməsinə kömək edib. Ölkəmiz sıralamada Slovakiyadan geri qalır (17,125), Kiprdən isə irəlidədir (16,975).

Namiq HUN

tag: UEFA,Reytinq, Azərbaycan, Qələbə, Moldova, todaypress.az,