Azərbaycan UEFA reytinqində gerilədi
Ölkələrin UEFA reytinqində dəyişikliklər olub.
TodayPress xəbər verir ki, Avropa Liqası və Konfrans Liqasında keçirilən matçlar Azərbaycanın da mövqeyinə təsir edib.
“Zirə”nin “Osiyek”lə heç-heçəsi ölkəmizə 0,125 xal qazandırıb. Bununla da xal hesabımız 18,875-ə çatıb.
Azərbaycan Avropada 26-cı pilləyə enib. Buna səbəb Kiprin irəliləməsi olub.
Qeyd edək ki, mövsümün qazancı 2,125-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 1,000, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Namiq HUN
tag: Zirə, Azərbaycan, Avropa, Sumqayıt,Sabah, todaypress.az,