Azərbaycan UEFA reytinqində gerilədi
İdman
01.08.2024 09:59
Ölkələrin UEFA reytinqində dəyişikliklər olub.
TodayPress xəbər verir ki, buna avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarının nəticələri səbəb olub.
Çempionlar Liqası və Konfrans Liqasında baş tutan matçlar Azərbaycanın da mövqeyinə təsir edib.
Macarıstanda “Fehervar”la qolsuz heç-heçə edən “Sumqayıt” klubu Azərbaycana 0,125 xal qazandırıb.
Xal hesabımız 18,125-ə yüksəlib. Buna baxmayaraq, Azərbaycan 25-ci sıraya düşüb. 24-cü pilləni Slovakiya ələ keçirib.
Qeyd edək ki, hazırda mövsümün qazancı 1,375-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” və “Qarabağ” klubları 0,500, “Sabah” 0,250, “Sumqayıt” isə 0,125 xal əldə edib.
Namiq HUN
tag: Çempionlar Liqası, Azərbaycan, Qarabağ, Zirə, Sumqayıt, Slovakiya, todaypress.az,