Azərbaycan "Technoxian-2024” robot yarışmasında çempion oldu

İdman

28.08.2024 00:26

Robotexnika üzrə Azərbaycan milli komandası Hindistanın Yeni Dehli şəhərində gənclər və yeniyetmələr arasında keçirilən "Technoxian-2024” dünya robot çempionatının finalında ən yüksək nəticəni göstərərək dünya çempionu olub.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən bildirilib.

Ümumilikdə 8 komanda ilə mübarizə aparan milli komanda “RC Craft” kateqoriyası üzrə 1 qızıl, FPV Drone” və “Drone Soccer” kateqoriyaları üzrə isə 2 bürünc medalın sahibi olub. Ümumi ölkə sıralamasına görə Azərbaycan ən yüksək nəticə ilə dünya miqyasında birinci yeri tutub.

tag: İdman, Milli komanda, Drome Soccer,Azərbaycan,todaypress.az,