Azərbaycan taekvondoçusu “Turkish Open”də fərqləndi
Azərbaycan taekvondo millisi Antalyada keçirilən “Turkish Open”də ilk medalını qazanıb. TodayPress xəbər verir ki, bu uğura “Kristal Abşeron” klubunun idmançısı Ülvi Məmmədov (37 kq) imza atıb.
O, yeniyetmələr arasında keçirilən yarışda gümüş medala layiq görülüb.
Finala gedən yolda Ülvi 5 rəqibi üzərində qələbə qazanıb.
O, yalnız həlledici qarşılaşmada türkiyəli rəqibinə məğlub olub.
Namiq HUN
tag: Taekvondo, Azərbaycan, Milli,Gümüş medal,Todaypress.az,