Azərbaycan taekvondoçusu Avropa Qran-prisinin qalibi oldu
Taekvondo üzrə Estoniyada keçirilən E8 kateqoriyalı Avropa Qran-pri yarışı Azərbaycan idmançısı üçün uğurlu olub.
TodayPress xəbər verir ki, Tallin turnirində Ülvi Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, çempionluğa gedən yolda Bolqarıstan, İngiltərə və Monteneqro taekvondoçuları üzərində qələbə qazanıb.
Namiq HUN
tag: Taekvando, Azərbaycan,Qələbə,Turnir,Todaypress.az,