Azərbaycan şahmatçısı Dünya Kubokuna vəsiqə qazandı
İdman
20.11.2024 11:50
Beynəlxalq qrossmeyster Rauf Məmmədov Monteneqroda keçirilən Avropa çempionatında Dünya Kubokuna vəsiqə qazanıb.
TodayPress xəbər verir ki, o, Petrovats şəhərində təşkil olunan yarışda 14-cü yeri tutmaqla buna nail olub.
Qeyd edək ki, 11 turun nəticəsinə görə azərbaycanlı şahmatçılar arasında ən yaxşı göstərici məhz Rauf Məmmədovun aktivindədir. O, 7,5 xal toplayıb. Digər təmsilçilərimiz ilk “20-liy”ə düşə bilməyiblər.
Avropa çempionu titulunu 9 xal toplayan serbiyalı Aleksandar İnciç qazanıb.
Namiq HUN
tag: Rauf Məmmədov,Monteneqro,Avropa çempionatı,Dünya Kuboku,Şahmat,todaypress.az,