Azərbaycan şahmatçılarından uğurlu start

İdman

18.04.2025 10:34

6

Almaniyada şahmat üzrə “Grenke Chess” festivalı keçirilir.   

TodayPress xəbər verir ki, Karlsrue şəhərində təşkil olunan festivalda Azərbaycan şahmatçıları da at oynadırlar.   

Şəhriyar Məmmədyarov “Freestyle Chess Open”ə uğurla start verib.

Qrossmeysterimiz yerli Sebastyan Laemmelə qalib gəlib. 

“Grenke Chess Open”də yarışan Məhəmməd Muradlı yerli Gergeli Mannı mat edib.

Eltac Səfərli isə ilk turda İsveçrə şahmatçısı Qabriel Fernandesdən güclü olub.   

Namiq HUN

tag: Şahmat ,Şəhriyar Məmmədyarov, Tur,Görüş,Uğur,Todaypress.az,