Azərbaycan şahmatçıları üçün dünya çempionatı bitdi

İdman

31.12.2024 11:50

Azərbaycan şahmatçıları Nyu-Yorkda blits üzrə dünya çempionatında çıxışlarını başa vurublar.

TodayPress xəbər verir ki, yarış iki mərhələdə keçirilir.

Birinci mərhələdə yarış iştirakçıları 13, qadınlar isə 11 tur oynayaraq pley-offda mübarizəni davam etdirəcək "8-liy"i müəyyənləşdiriblər ki, Azərbaycan şahmatçıları ora düşə bilməyiblər.

Qrossmeysterlərimiz arasında ən yüksək nəticəni Aydın Süleymanlı göstərib. O, 8,5 xal toplayaraq 28-ci yeri tutub. Eltac Səfərli ondan yarım xal az toplamaqla 42-ci, Şəhriyar Məmmədyarov isə 7,5 xalla 51-ci olub.

Qadınlar arasında ən yaxşı nəticəyə Gülnar Məmmədova imza atıb. O, 6,5 xal toplayaraq 27-ci olub.

tag: Azərbaycan ,Şahmat,Nyu-York,Çempionat,todaypress.az,