Azərbaycan Şahmat Olimpiadasında Vyetnama qalib gəldi
Budapeştdə
keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.
TodayPress xəbər verir ki, VI turda Azərbaycanın kişilərdən ibarət yığması
Litva ilə qarşılaşıb.
Komandamız buna
qədər İordaniya, Finlandiya, Moldova və Monteneqroya qalib gəlib, Hindistana
uduzub. Zəka sahiblərimiz 8 xalla 9-cu sırada qərarlaşıblar.
Teymur Rəcəbovun
kapitanı olduğu komanda bu dəfə Litva ilə qarşılaşıb. Yığmamız gözlənilmədən
uduzub.
Qadınlardan
ibarət yığma isə Vyetnamla üz-üzə gəlib. Komandamız Nikaraqua, Avstraliya və
Sloveniyaya qalib gəlib, Argentina və Ukrayna ilə heç-heçə edib. 8 xala malik
qadın millimiz 11-ci sırada yer alıb.
Kapitanı Mixail
Şereşevski olduğu yığma turu qələbə ilə başa vurub. Komandamız 2 lövhədə üstün
olub.
tag: Şahmat, İdman Vyetnam,Olimpiada, Finlandiya,todaypress.az,