Azərbaycan Qran-prisində ilk sərbəst yürüşü Ferstappen qazandı
İdman
13.09.2024 15:07
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində ilk sərbəst yürüş başa çatıb.
TodayPress xəbər verir ki, "Red Bull" pilotu Maks Ferstappen birinci olub.
"Mercedes"dən Lüis Hemilton ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres üçüncü pillədə qərarlaşıb.
"Formula 2"də isə sərbəst yürüşdə ən yaxşı nəticəni "Van Amersfoort Racing" komandasından Entso Fittipaldi göstərib.
Namiq HUN
tag: Formula 1, Bakı ,Qran-Pri ,Yürüş, Lüis Hemilton ,Serxio Peres, todaypress.az,