Azərbaycan qılıncoynadanları Dünya Kubokunda çıxış etdilər
İdman
11.11.2024 22:17
Azərbaycan təmsilçiləri Əlcəzairin Oran
şəhərində qılıncoynatmanın sablya növü üzrə Dünya Kubokunda çıxış ediblər.
TodayPress xəbər verir ki, Palina Kaspiaroviç,
Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət yığmamız komanda yarışında ən güclü
səkkizliyə yüksəlmək üçün İtaliya millisi ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən görüşdə komandamız güclü
rəqibinə 44:45 hesabı ilə uduzub.
Millimiz 9-16-cı yerlər uğrunda baş tutan duellerdə
Əlcazair seçmə kollektivini 45:19 hesabı ilə məğlub edib. 9-10-cu yer uğrunda
reallaşan qarşılaşmada isə yığmamız İspaniya seçmə kollektivinə 32:45 hesabı
ilə məğlub olub.
Palina Kaspiaroviç zədələndiyindən komandamız
Bolqarıstanla 11-ci yer uğrunda görüşə çıxmayıb.
Sablyaçıların şəxsi yarışında Səbinə Kərimova və Zərifə
Hüseynova qrup mərhələsini uğurla başa vursa da, pley-offda mübarizəni
dayandırıb. Palina Kaspiaroviç isə ən güclü səkkizliyə yüksəlmək uğrunda
keçirilən qarşılaşmada turnirin bürünc mükafatçısı macar Katinka Battaniyə 7:15
hesabı ilə uduzub.
tag: Qılıncoynatma, Azərbaycan, Əlcəzair, Palina,Oran, Dünya Kubok, todaypress.az,