Azərbaycan qılıncoynadanı Türkiyədə gümüş medal qazandı
İdman
10.11.2024 11:45
Azərbaycan qılıncoynadanı Abbas Hüseynov
Türkiyənin İstanbul şəhərində keçirilən "Cadet Circuit" turnirində
gümüş medal qazanıb.
TodayPress-in məlumatına görə, o, 17 yaşadək yeniyetmələr
arasında sablya növündə uğurlu çıxış edib.
Qrup mərhələsində beş görüşdə qalib gələn Hüseynov
pley-offda Rumıniya, Misir, Böyük Britaniya, Bolqarıstan və Türkiyəni təmsil
edən rəqiblərini üstələyərək finala yüksəlib.
O, həlledici dueldə Türkiyə qılıncoynadanı Yigit Ayaza
6:15 hesabı ilə uduzaraq "Cadet Circuit"in İstanbulda keçirilən
mərhələ yarışında gümüş mükafat əldə edib.
Qeyd edək ki, turnirə 150-dən çox idmançı qatılıb.
tag: Qılıncoynadan, Türkiyə, İstanbul, Misir, todaypress.az,