Azərbaycan “Qarabağ”la qazandı
İdman
24.07.2024 10:25
Ölkələrin UEFA reytinqini yenilənib.
TodayPress xəbər verir ki, avrokubokların II təsnifat mərhələsinin ilk oyunlarının nəticələri dəyişikliklərə səbəb olub.
Çempionlar Liqası və Konfrans Liqasında baş tutan matçlar Azərbaycanın mövqeyinə təsir etməyib. “Qarabağ” klubu Cəbəllütariqdə “Linkoln”a qalib gəlməklə ölkə reytinqini 0,250 xal artırıb.
Azərbaycanın xal hesabı 17,250-yə yüksəlsə də, mövqe dəyişməz qalıb. Ölkəmiz UEFA reytinqində 25-cidir. Sıralamaya 89,160 xalla İngiltərə başçılıq edir.
Namiq HUN
tag: Azərbaycan, Qarabağ, UEFA, Konfrans, Linkoln, todaypress.az,