Azərbaycan Premyer Liqasında XXXII tura yekun vuruldu

İdman

28.04.2025 22:00

6

Liqanın  XXXII turuna yekun vurulub.

TodayPress-in  məlumatına görə, sonuncu matçda "Neftçi" "Sumqayıt"ın qonağı olub.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matç heç-heçə nəticələnib - 2:2.

Meydan sahiblərindən Bobir Abdixolikov (21-ci dəqiqə) və Ronaldo Vaskez (52-ci dəqiqə) fərqlənib. "Neftçi"nin qollarını isə Bassala Sambu (60-cı dəqiqə) və Andrey Ştoqrin (87-ci dəqiqə) rəqib qapısından keçirib.

Bu nəticədən sonra Sumqayıt klubu 30 xalla 8-ci yerdə qərarlaşıb. “Neftçi” isə 36 xalla altıncıdır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Kəpəz"i minimal hesabla üstələyib. "Turan Tovuz" - "Şamaxı", "Səbail" - "Araz-Naxçıvan" və "Sabah" - "Qarabağ" matçları 1:1 hesabı ilə başa çatıb.


Bizim WhatsApp kanalımıza abunə olun

tag: Premer Liqa, Futbol, Zirə, Səbail, Neftçi, todaypress.az,