Azərbaycan Premyer Liqasında VIII tur start götürdü

İdman

28.09.2024 02:33

Azərbaycan Premyer Liqasında VIII tura start verilib.

TodayPress xəbər verir ki, turun açılış matçında "Araz-Naxçıvan" Sumqayıtda "Səbail"i qəbul edib.

"Kapital Bank Arena"da keçirilən görüşdə meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.

Hesabı qonaqlar açıb. İlk hissənin sonuna əlavə olunan 2-ci dəqiqədə Qorka Laruçça fərqlənib. İkinci yarıda geridönüş edən Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda 52-ci dəqiqədə Bəxtiyar Həsənalızadə ilə "status-kvo"nu bərpa edib. 5 dəqiqə sonra Felipe Santos bölgə təmsilçisini hesabda önə çıxarıb. 84-cü dəqiqədə Bernardo Diaş "Araz-Naxçıvan"ın üstünlüyünü bir qədər də möhkəmləndirib. Qarşılaşmada yekun hesabı isə "dənizçilər"in heyətində final fitinə 1 dəqiqə qalmış Qorka Laruçça müəyyənləşdirib.

Bu nəticənin ardından cari mövsüm beşinci qələbəsini qazanan "Araz-Naxçıvan" xallarının sayını 16-ya çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. 4 xala malik "Səbail" isə 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər matçları sentyabrın 28-29-da keçiriləcək

 

tag: Futbol, İdman, Səbail, Araz- Naxçıvan, todaypress.az,