Azərbaycan Premyer Liqasında "Neftçi" "Araz Naxçıvan"a məğlub oldu

İdman

01.11.2024 22:34

Misli Premyer Liqasının XII turunda "Neftçi" "Araz-Naxçıvan"a məğlub olub.

TodayPress xəbər verir ki, "Neftçi Arena"da baş tutan matçda qonaqlar 1:0 hesablı qələbəyə sevinib.

Görüşdə yeganə qolu ilk yarım saatın tamamında Felipe Santos meydan sahiblərinin qapısından keçirib.

Ehtiyatda daha bir matçı olan Naxçıvan klubu 24 xalla üçüncü, "ağ-qaralar" 9 xalla səkkizincidir.

Qeyd edək ki, turun açılış matçında "Turan Tovuz" "Qarabağ"la qolsuz heç-heçəyə razılaşıb.

 

tag: Neftçi, Araz-Naxçıvan, Futbol, Misli Premyer Liqası, Turan- Tovuz,todaypress.az,