Azərbaycan Paris Paralimpiadasında medal sıralamasında 25-cidir

İdman

30.08.2024 10:33

Azərbaycan XVII Yay Paralimpiya Oyunlarında medal sıralamasında 25-ci pillədə qərarlaşıb.

TodayPress xəbər verir ki, komandamızın hesabında bir bürünc medal var.

Azərbaycan komandasına Paris Paralimpiadasının ilk medalını parataekvondoçu Sabir Zeynalov (58 kq) qazandırıb.

Siyahıya Çin (4 qızıl, 1 gümüş) başçılıq edir. Böyük Britaniya (2 qızıl, 3 gümüş, 1 bürünc) ikinci, İtaliya (2 qızıl, 2 bürünc, 5 bürünc) üçüncüdür.

Paralimpiada sentyabrın 8-də başa çatacaq.

Namiq HUN

tag: Azərbaycan, Paris, Gümüş Medal, XVII Yay Paralimpiya Oyunları, Böyük Britaniya, todaypress.az,