Azərbaycan Paris Olimpiadasını 7 medalla başa vurdu
İdman
11.08.2024 16:09
Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan təmsilçiləri çıxışlarını başa vurub.
TodayPress xəbər verir ki, ümumilikdə 48 idmançımızdan 7-si aktivinə medal yazdırmağı bacarıb.
Medal qazanmış idmançılarımızın siyahısını təqdim edirik:
Cüdo: Hidayət Heydərov (73 kq) - qızıl; Zelim Kotsoyev (100 kq) - qızıl
Boks: Alfonso Dominges (92 kq) - gümüş
Taekvondo: Qaşım Maqomedov (58 kq) - gümüş
Yunan-Roma güləşi: Həsrət Cəfərov (67 kq) - bürünc
Sərbəst güləş: Giorgi Meşvildişvili (125 kq) - bürünc; Maqomedxan Maqomedov (97 kq) - bürünc
Qeyd edək ki, Azərbaycan hazırda medal sıralamasında 28-cidir.
tag: Paris 2024, Olimpiya Oyunları, todaypress.az,cüdo,güləş,medal,boks,taekvondo,