Azərbaycan paraüzgüçüsü Raman Salei gümüş medal qazandı
İdman
31.08.2024 20:00
Azərbaycan paraüzgüçüsü Raman Salei gümüş medal
qazanıb.
TodayPress xəbər verir ki, S12 kateqoriyasında 100 m məsafəyə arxası üstə üzmə üsulunda 1:00.67 nəticə ilə ikinci pillədə qərarlaşaraq gümüş medal qazanıb.
Qeyd edək ki, bu Paris-2024 Yay Paralimpiya Oyunlarında
üçüncü medaldır.
Daha əvvəl paratekvondoçularımız İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) isə bürünc medal qazanıb.
tag: Paratekvondoçu,Idman, G,Gümüş,Paris-2024,todaypress.az,