Azərbaycan paraüzgüçüsü Gimnaziadada gümüş medal qazandı
Azərbaycan paraüzgüçüsü Əli Vəliyev
Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziadada gümüş medal qazanıb.
TodayPress xəbər verir ki, yeniyetmə idmançımız
qarışıq kateqoriyalar üzrə 200 metr məsafəyə sərbəst üsulda 644 xal nəticə ilə
ikinci olub və fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, Ə.Vəliyev Gimnaziadanın növbəti yarış
günlərində 50 metr məsafəyə arxası üstə, kəpənək və sərbəst üzmə üsullarında
mübarizə aparacaq.
tag: İdman, Paraüzgüçü, Manama, Gümüş Medal, todaypress.az,