Azərbaycan parataekvondoçusu qızıl medal qazandı
İdman
31.08.2024 01:00
Azərbaycan parataekvondoçusu İmaməddin
Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarının qızıl
medalını qazanıb.
TodayPress xəbər
verir ki, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan idmançı
finalda türkiyəli Fatih Çəliklə qarşılaşıb.
Rəqibinə qalib gələn idmançımız fəxri kürsünün ən yüksək
pilləsinə qalxıb.
Qeyd edək ki, bu Azərbaycanın Paris-2024-də qazandığı
ikinci medal olub. Paralimpiadanın ilk günündə parataekvondoçumuz Sabir
Zeynalov (58 kq, K44) bürünc medal qazanıb.
tag: İmadəddin Xəlilov,Paris-2024,Parataekvondoçu,Azərbaycan,todaypress.az,