Azərbaycan parataekvondoçusu bürünc medal qazandı

İdman

30.08.2024 01:42

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

TodayPress xəbər verir ki, K44 kateqoriyasında yer alan idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenkhamla üz-üzə gəlib.

Rəqibinə 12:3 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, bu nəticənin ardından Azərbaycan Paris 2024 Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.

Paralimpiada sentyabrın 8-də başa çatacaq.

tag: Sabir Zeynalov,Fransa, Azərbaycan, Paris, todaypress.az,