Azərbaycan Paralimpiadanın 31-ci komandasıdır
İdman
02.09.2024 10:08
Azərbaycan komandası Paris-2024 Yay Paralimpiya Oyunlarında medal sıralamasında 31-ci pillədə qərarlaşıb.
TodayPress xəbər verir ki, yığmanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal var.
Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. Daha əvvəl isə parataekvondoçu İmaməddin Xəlilov (70 kq) komandamıza qızıl, Sabir Zeynalov (58 kq) isə bürünc medal qazandırıb.
Siyahıya Çin (33 qızıl, 27 gümüş, 11 bürünc) başçılıq edir. Böyük Britaniya (23 qızıl, 12 gümüş, 8 bürünc) ikinci, ABŞ (8 qızıl, 11 bürünc, 8 bürünc) üçüncüdür.
Namiq HUN
tag: Azərbaycan ,Paris 2024 ,Yay Paralimpiya Oyunları, Qızıl Medal, Gümüş Medal, todaypress.az,