Azərbaycan oxatanları Xücənd turnirində 3-cü oldu
İdman
07.10.2024 18:25
Kamandan oxatma üzrə Tacikistanda keçirilən Prezident Kuboku turniri idmançılarımız üçün əlamətdar olub.
TodayPress xəbər verir ki, Xücənd şəhərində təşkil olunan beynəlxalq turnirdə millimiz 3-cü yeri tutub.
Fatimə Hüseynli və Məhəmmədəli Əliyevdən ibarət olan komandamız turnirin bürünc medallarına sahib çıxıb.
Milli üzvüləri turnirdə Rusiya, İran, Sudan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Qırğısıstan da daxil olmaqla 15 ölkə idmançıları ilə yarışıblar.
Namiq HUN
tag: Oxatma,Tacikistan,Prezident Kuboku,Fatimə Hüseynli,Məhəmmədəli Əliyev, todaypress.az,