Azərbaycan olimpiyaçısı üçün püşk atıldı

İdman

25.07.2024 09:27

Bu gün Paris Olimpiadasında Azərbaycan olimpiya komandasının startı baş tutacaq. 

TodayPress xəbər verir ki, kamandan oxatmada mübarizə aparan Yaylagül Ramazanova sıralama turunda qüvvəsini sınayacaq. 

Artıq kamandan oxatma yarışlarının püşkü atılıb. Idmançımızın mübarizəyə neçənci qoşulacağı bəlli olub.

Yaylagül  sıralama turuna 30-cu cütdə başlayacaq. O, Türkiyə təmsilçisi Elif Berra Gokkirlə paralel mübarizəyə qoşulacaq. Ramazanova B zolağından hədəfi nişan alacaq. Bu raund Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.

Sıralama turunda mübarizə aparacaq 64 oxatan 1/32 final cütlərini müəyyənləşdirəcək. 

Qeyd edək ki, Azərbaycan millisi Paris Olimpiadasında 48 idmançı ilə təmsil olunur. Olimpiyaçılarımız 15 idman növü üzrə 17 proqramda çıxış edəcəklər.

Namiq HUN

tag: Azərbaycan, Yaylagül, Elif Berra, Türkiyə, Olimpiada, todaypress.az,