Azərbaycan mövqeyini qorudu

İdman

06.11.2024 10:00

Ölkələrin UEFA reytinqi açıqlanıb.

TodayPress xəbər verir ki, Çempionlar Liqasının IV turunun ilk günündə baş tutan matçlar siyahıda dəyişikliklərə səbəb olub.

Şotlandiya üç pillə irəliləyib. Böyük Britaniya təmsilçisi Yunanıstan, Danimarka və İsveçrəni keçib.

Azərbaycanın mövqeyi dəyişməz qalıb. Hesabında 19,125 xal olan Azərbaycan Avropada 28-ci pillədə yerləşir. 

Cari mövsümün qazancı 2,375-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” klubu 1,250, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” isə 0,125 xal əldə edib.

UEFA reytinqinə 94,589 xalla İngiltərə başçılıq edir.

Namiq HUN

tag: Liqa, Azərbaycan, Qarabağ, Sabah, Sumqayıt, UEFA, todaypress.az,