Azərbaycan mövqeyini qorudu
İdman
23.10.2024 12:37
Ölkələrin UEFA reytinqi açıqlanıb.
TodayPress xəbər verir ki, Çempionlar Liqasında Liqa mərhələsinin III turunun ilk gününün 9 matçı ciddi dəyişikliklərə səbəb olmayıb.
Ölkələrin yalnız xal hesabı dəyişib. İngiltərə və İspaniya ilk oyun gününü daha böyük qazancla başa vurub.
Azərbaycanın da UEFA reytinqində mövqeyi dəyişməyib. Hesabında 19,125 xal olan ölkəmiz Avropada 28-cidir.
Cari mövsümün qazancı 2,375-ə bərabərdir. Ölkə reytinqi üçün “Zirə” 1,250, “Qarabağ” 0,750, “Sabah” 0,250, “Sumqayıt” isə 0,125 xal əldə edib.
UEFA reytinqinə 93,017 xalla İngiltərə başçılıq edir.
Namiq HUN
tag: Azərbaycan, UEFA, Sumqayıt, Qarabağ, Sabah, todaypress.az,