Azərbaycan mötəbər turnirdə ilk medalını samboda qazandı

İdman

26.06.2024 11:56

Rusiyada "Asiya Uşaqları" VIII Beynəlxalq İdman Oyunları çərçivəsində sambo üzrə yarışlar keçirilir.

TodayPress xəbər verir ki, İbrahim Talıbov (53 kq) Yakutiya turnirinin bürünc medalı uğrunda mübarizədə yerli idmançı Viktor Valova qalib gəlib. 

Milli üzvü Rauf Xəlilov (64 kq) təsəlliverici yarışda qırğızıstanlı Arsen Şamşibekovu məğlub edərək bürünc medal uğrunda mübarizəsini davam etdirib. Təmsilçimiz sonda özbəkistanlı Davlatjon Kazımova uduzaraq turniri mükafatsız başa vurub.

Azərbaycanı Beynəlxalq İdman Oyunlarında 4 samboçu təmsil edir. 

İyunun 27-də milli üzvülərindən Yusif Hüseynov (49 kq) və Səccad Cabarlı (79 kq) turnirin mükafatları uğrunda mübarizə aparacaqlar.

Namiq HUN

tag: Azərbaycan, İbrahim Talıbov, İdman Oyunları, Rusiya,todaypress.az,