Azərbaycan millisinin voleybolçusu Braziliya çempionu oldu

İdman

02.05.2025 13:10

5

Qadın voleybolçulardan ibarət milli komandanın üzvü Polina Rəhimova Braziliya çempionu titulunu qazanıb.   

TodayPress xəbər verir ki, onun çıxış etdiyi “Osasko” klubu finalda “Sesi Bauru” 3:1 (26:24, 19:25, 28:26, 25:20) hesabı ilə məğlub edib. 

“Osasko” cari mövsüm Braziliya kubokuna da sahib çıxıb.   

Namiq HUN

tag: Polina Rəhimova,Voleybol,Məhsuldar,Fərqlənmə,Qələbə,Todaypress.az,