Azərbaycan millisinin iyun sınağı

İdman

27.05.2024 23:28

2644

Futbol üzrə Azərbaycan milli komandası iyunun 7-də Albaniya, 11-də isə Qazaxıstan yığmasına qarşı beynəlxalq yoldaşlıq görüşlərinə çıxacaq. 

TodayPress AFFA-nın saytına istinadən xəbər verir ki, Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da baş tutacaq oyunlarda millimizə Arif Əsədov rəhbərlik edəcək. Mütəxəssisə bu işdə məşqçilər İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev kömək edəcəklər. 

Milli Albaniya ilə matça Bakı vaxtı ilə saat 21:00-da, Qazaxıstanla oyuna isə saat 18:00-da çıxacaq.

tag: Football, İdman, Milli, todaypress.az,