Azərbaycan millisinin hücumçusu İsrail çempionu oldu

İdman

23.04.2025 04:45

9

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Marqarita Stepanenko İsrail çempionu olub.

TodayPress xəbər verir ki, onun çıxış etdiyi "Makkabi Aşdod" komandası finalda "Hapoel Kfar Saba" klubunu məğlub edərək (3:0) qızıl medallara sahib çıxıb.

Qeyd edək ki, Marqarita Stepanenko ötən ilin yayından İsrail təmsilçisində çıxış edir.

tag: Voleybolçu, Hücumçu, Marqarita Stepanenko, İsrail, todaypress.az,