Azərbaycan millisinin futbolçusu Polşanın "Radomyak" komandasına keçdi
Azərbaycan millisinin
futbolçusu Rahil Məmmədovun yeni klubu məlum olub.
TodayPress xəbər verir ki, 28
yaşlı müdafiəçi Polşanın "Radomyak" komandasına keçib. Onunla 2026-cı
ilin yayınadək müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Rahil Məmmədov son olaraq Polşanın digər təmsilçisi LKS-in formasını geyinib.
tag: Milli, Polşa,Rahil Məmmədov, Radomyak, todaypress.az,