Azərbaycan millisinin Budva sınağı

İdman

22.10.2024 23:35

Gənc boksçulardan ibarət Azərbaycan yığma komandası Monteneqroda keçiriləcək dünya çempionatında iştirak edəcək. 

TodayPress xəbər verir ki, milli komanda oktyabrın 23-dən noyabrın 3-dək Budva şəhərində təşkil olunacaq mundialda 13 boksçu ilə iştirak edəcək.

Məşqçilər korpusu yarışda Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Ömər Aslanlı (54 kq), Tağı Nəsibov (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (63,5 kq), Ziya Həsənov (71 kq), Abbasqulu Şadlinski (75 kq), Lalə Mədətova (48 kq), Cəmilə Sultanlı (50 kq), Aynur Mikayılova (57 kq), Qızbəs İsgəndər (60 kq) və Emili Rzayevaya (63 kq) şans verəcək.

Qeyd edək ki, yarışda 84 ölkədən 800-dək boksçu mübarizə aparacaq.

Namiq HUN

tag: Azərbaycan, Boks, Milli Komanda,Bilalhəbaşi Nəzərov,Zidan Hümbətov, todaypress.az,