Azərbaycan millisi sonuncu oyununda İsveçrəyə məğlub oldu

İdman

16.07.2024 23:00

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxıb.

TodayPress xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan yığma İsveçrə seçməsi ilə qarşılaşıb.

Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsini 4 xalla sonuncu - IV pillədə bitirib.

tag: Avropa çempionatı, İsveçrə, Milli,Lozanna, todaypress.az,