Azərbaycan millisi Rusiyaya qarşı
İdman
28.11.2024 10:20
Rusiyanın Soçi şəhərində təlim-məşq toplanışında olan futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyunu keçirəcək.
TodayPress xəbər verir ki, baş məşqçi Siyasət Əsgərovun komandası Rusiya millisi ilə qarşılaşacaq.
Rəqib keyfiyyətli futbolçulara malikdir. Rusiyada liqanın səviyyəsi yüksəkdir. Gələn ilin fevralında UEFA Millətlər Liqasında mübarizəyə başlayacaq milli üçün Rusiya komandası ilə yoxlama oyunları təcrübə baxımından çox faydalıdır.
Qeyd edək ki, Rusiya və Azərbaycan komandaları bir daha dekabrın 2-də qarşılaşacaqlar.
Namiq HUN
tag: Rusiya, Soçi, UEFA, Liqa, Azərbaycan, todaypress.az,