Azərbaycan millisi Qran-Prinin qalibi oldu

İdman

23.11.2024 13:20

Azərbaycan millisi gənclər arasında Serbiyada keçirilən güllə atıcılığı üzrə Qran-Pridə daha 2 medal qazanıb. 

TodayPress xəbər verir ki, 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmaq yarışlarında oğlanlardan ibarət yığmamız komanda yarışında Smederevo turnirinin qalib olub. 

Qızlardan ibarət millimiz isə Qran-Prinin gümüş medalı ilə kifayətlənib. 

Namiq HUN

tag: Azərbaycan, Milli, Qran-Pri, Gümüş Medal, Serbiya, todaypress.az,