Azərbaycan millisi Portuqaliya ilə qarşılaşacaq

İdman

25.10.2024 11:10

1242

Azərbaycanın qadın futbolçulardan ibarət milli komandası bu gün Avropa çempionatının pley-off mərhələsində Portuqaliya yığması ilə qarşılaşacaq.

TodayPress xəbər verir ki, milli rəqibini “Liv Bona Dea Arena”da sınağa çəkəcək.

Qarşılaşmanı almaniyalı referi Fabyenn Mişel idarə edəcək. 

Qeyd edək ki, komandalar arasında cavab görüşü oktyabrın 29-da Portuqaliyada baş tutacaq. 

Azərbaycan - Portuqaliya cütünün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya oyununda üstün olan tərəflə qarşılaşacaq. 

İkinci raundun matçları noyabrın 27-də və dekabrın 3-də baş tutacaq. 

Namiq HUN

tag: Azərbaycan, Portuqaliya, Çexiya, Belarus, Mişel, todaypress.az,