Azərbaycan millisi Estoniyaya yollandı

İdman

26.11.2024 15:46

16 yaşadək voleybolçu oğlanlardan ibarət milli komandamız Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün Estoniyaya yola düşüb.

TodayPress Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma komandanın məşqçilər korpusunda dəyişiklik olub.

Səhhətində yaranan problemə görə baş məşqçisi Cahangir Seyed Abbasi turnirdə iştirak edə bilməyəcək. Onu Cengiz Akarçeşmə əvəzləyəcək. 

Estoniya turnirində ölkəmizin şərəfini gənc voleybolçulardan Elvin Qədirli, Elvin Abdullayev, Mətin Əlibəyli, Özcan Məhərrəmov, Əli Novruzlu, Onur Xəlilov, Seymur Əliyev, İmran Hüseynzadə, Sinan Quliyev, Ramin Nəhmədov, Baba Əzizli, Daniil Belov, Amir Yagoubi, Elvin Vəliyev qoruyacaq.

Qeyd edək ki, noyabrın 27-30-u aralığında baş tutacaq yarışda komandamız B qrupunda Estoniya və Latviya yığmaları ilə qarşılaşacaq. 

AVRO-2025-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.

Namiq HUN

tag: AVRO 2025, Estoniya, Latviya, Voleybol, EEVZA, todaypress.az,